“Bakı Dialoqları” jurnalının 2026-cı il yay buraxılışı işıq üzü görüb

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD) rüblük ingilisdilli nəşri olan “Bakı Dialoqları” jurnalının 2026-cı il yay buraxılışı dərc olunub.
Azturkxeber.az xəbər verir ki, jurnalın yeni sayı İpək Yolu regionunu və daha geniş beynəlxalq nizamı formalaşdıran mühüm geosiyasi, iqtisadi və strateji prosesləri təhlil etmək üçün aparıcı alimləri və nüfuzlu beyin mərkəzlərinin mütəxəssislərini bir araya gətirir.
Nəşrin açılış bölməsi olan “Köhnə nizamlar, yeni qırılmalar” müasir beynəlxalq sistemin dəyişən təməllərini nəzərdən keçirir. Bölmədə yer alan "McLarty Associates" şirkətinin direktoru Məhəmməd Solimanın "Amerika gücünün 250 yaşında siyasi təməlləri" adlı məqaləsində ABŞ-ın uzunmüddətli strateji gücünün siyasi yenilənmə və institusional dözümlülükdən necə asılı olduğu araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: