azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanda “Samsung”un Regional Əməliyyat və Rəqəmsal Mərkəzinin yaradılması perspektivləri müzakirə edilib

17-07-2026

Azərbaycanda “Samsung”un Regional Əməliyyat və Rəqəmsal Mərkəzinin yaradılması perspektivləri müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Samsung C&T Corporation Engineering & Construction Group”un prezidenti və baş icraçı direktoru Oh Se Çul və Qlobal biznes və əməliyyatlar bölməsinin prezidenti Kim Cunq Vuk ilə görüş keçirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirilən layihələr müzakirə edilib.

Eyni zamanda, Azərbaycanda “Samsung”un Regional Əməliyyat və Rəqəmsal Mərkəzinin yaradılması perspektivləri və bu istiqamətdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031