Azərbaycan və Özbəkistan arasında geoloji kəşfiyyat sahəsində üçtərəfli birgə müəssisənin yaradılmasına dair saziş imzalanıb



17 iyul 2026-cı il tarixində Azərbaycan Republikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib.
Azturkxeber.az xəbər verir ki, səfər çərçivəsində Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla birlikdə Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak edib.
İclas zaman hər iki ölkənin dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş hədəflərə uyğun olaraq ticarət-investisiya tərəfdaşlığın dərinləşdirilməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni istehsal və dəyər zəncirlərinin formalaşdırılması, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişafı, həmçinin investisiya əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikirlər bölüşülüb.
İclasın yekununda iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, səhiyyə, ətraf mühitin mühafizəsi və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol, həmçinin “AzerGold” QSC, “Uzbekgeologorazvedka” SC və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin birgə iştirakı ilə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə üçtərəfli birgə müəssisənin yaradılması ilə bağlı Şərtlər Toplusu imzalanıb.
Şərtlər Toplusu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin icraçı direktoru Nazim Hacıyev və “Uzbekgeologorazvedka” SC-nin İdarə Heyətinin sədri Şəmsiddin Alimov tərəfindən imzalanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: