azturkxeber.az
http://azturkxeber.az

AMADA regionda ilk dəfə təşkil etdiyi sertifikatlı təlimçilərin hazırlanması proqramını uğurla başa vurub

17-07-2026

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) regionda ilk dəfə təşkil etdiyi “Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması” proqramını uğurla başa vuran iştirakçılar üçün sertifikatların təqdimetmə mərasimi keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə çıxış edən AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə proqramı müvəffəqiyyətlə tamamlayan iştirakçıları təbrik edərək, onların gələcəkdə təmiz idman dəyərlərinin təşviqində və antidopinq biliklərinin yayılmasında mühüm rol oynayacaqlarına əminliyini ifadə edib.

1 yanvar 2027-ci il tarixindən qüvvəyə minməsi nəzərdə tutulan yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlara hazırlıq məqsədilə təşkil olunan proqramı uğurla başa vuran 24 iştirakçıya sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edən iştirakçılar proqramın məzmununu yüksək qiymətləndirərək, əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərində mühüm əhəmiyyət daşıyacağını bildiriblər. Onlar təşəbbüsə görə AMADA rəhbərliyinə və işçi heyətinə təşəkkürlərini ifadə edərək, antidopinq sahəsində maarifləndirmə işinə töhfə verməyə hazır olduqlarını vurğulayıblar.

Xatırladaq ki, təlimlərin keyfiyyətinin və effektivliyinin təmin olunması məqsədilə AMADA tərəfindən mütəmadi monitorinq tədbirləri həyata keçiriləcək. Sertifikatlı təlimçilərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi üçün illik resertifikasiya mexanizmi tətbiq olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031