Ombudsman Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edib


Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva öz "Facebook " hesabında paylaşım edib.
Azturkxeber.az paylaşımı təqdim edir.
Paylaşımda deyilir:
Cəmiyyəti gücləndirən ən ali dəyərlərdən olan xeyirxahlıq, mərhəmət və sosial məsuliyyətin təşviqi, insanların həyat tərzinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyət göstərən, bu dəyərləri şəxsi nümunəsi ilə yaşadan öncül simalardan biri də Leyla xanım Əliyevadır.
İllərdir həyata keçirdiyi humanitar təşəbbüslər, əlilliyi olan şəxslərin cəmiyyətə tam və bərabər inteqrasiyasına, ağır xəstəliklərlə mübarizə aparan uşaqlara, qayğı və dəstəyə ehtiyacı olan insanlara göstərdiyi diqqət və həssas münasibət inklüziv cəmiyyətin formalaşmasına, sosial həmrəyliyin və humanizm dəyərlərinin möhkəmlənməsinə mühüm töhfə verir.
Azərbaycanın musiqisinin, mədəniyyətinin, ədəbiyyatının, elm və təhsilinin, milli-mənəvi irsinin, eləcə də ekoloji dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirdiyi çoxsaylı layihələr cəmiyyətimizin mədəni və mənəvi inkişafına xidmət edən mühüm təşəbbüslər kimi yüksək dəyərləndirilir.
Onun fəaliyyəti mərhəmət, paylaşma və qarşılıqlı dəstək mədəniyyətini təşviq etməklə yanaşı, cəmiyyətdə hər bir insanın tutduğu mövqedən və malik olduğu imkanlardan asılı olmayaraq ehtiyacı olanlara dəstək göstərməsinin vacibliyini aşılayır, xeyirxahlığın ictimai həyatımızın ayrılmaz dəyərinə çevrilməsinə mühüm töhfə verir.
Doğum günü münasibətilə Leyla xanımı səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və həyata keçirdiyi bütün nəcib təşəbbüslərdə yeni-yeni uğurlar arzulayıram.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: