azturkxeber.az
http://azturkxeber.az

Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək

10-06-2026

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 11-də dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.
Azturkxeber.az -ın məlumatına görə, dənizkənarı Bulvarda, “Bakı” Kanoe və Avarçəkmə Klubu ərazisində baş tutacaq yarışda Gənclər və İdman Nazirliyi, TƏBİB, “Azərişıq” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Reklam Agentliyi, SOCAR, Dövlət Gömrük Komitəsi,Dövlət Miqrasiya Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları güclərini sınayacaqlar.
İştirakçılar 1 və 2 nəfərlik kayak qayığında 200 metr məsafəyə mübarizədə ən güclüləri müəyyən edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930