azturkxeber.az
http://azturkxeber.az

Səbinə Əliyeva: "İnklüziv şəhərlər insan ləyaqəti və bərabər imkanlar üzərində qurulmalıdır"

19-05-2026

Azərbaycanda insan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan “Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər” mövzusunda iclasda çıxış edib.

Azturkxeber.az -ın məlumatına görə,(Ombudsman) forumun dayanıqlı inkişaf, sosial inklüzivlik və insan hüquqları sahəsində qlobal müzakirələrin aparılması baxımından mühüm platforma olduğunu vurğulayıb.

Səbinə Əliyeva bildirib ki, müasir şəhərlərin inkişafı yalnız memarlıq həlləri, infrastruktur və nəqliyyat şəbəkələri ilə qiymətləndirilməməlidir.

“Əsl inkişaf meyarı insanların gündəlik həyatında yaradılan real şərait, əlçatanlıq, təhlükəsizlik, rahatlıq və insan ləyaqətinə göstərilən hörmətlə ölçülür”, – deyə o qeyd edib.

Ombudsman diqqətə çatdırıb ki, inklüziv şəhərlərin qurulması bərabər imkanların təmin edilməsi, sosial ədalətin gücləndirilməsi və insanların gündəlik həyatını müstəqil şəkildə təşkil etməsi üçün əsas şərtlərdəndir.

Səbinə Əliyeva əlilliyi olan şəxslərin cəmiyyətə tam inteqrasiyasının maneəsiz və əlçatan mühitdən birbaşa asılı olduğunu bildirib. O qeyd edib ki, bu şəxslərin qarşılaşdığı çətinliklərin əhəmiyyətli hissəsi ətraf mühitin düzgün layihələndirilməməsi ilə bağlıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031