Çexiya 2028-ci ilə qədər 3 min PUA almağı planlaşdırır
Çexiya Silahlı Qüvvələri 2028-ci ilə qədər 3 min pilotsuz uçuş aparatı (PUA) almağı nəzərdə tutur.
Azturkxeber.az xəbər verir ki, bu barədə Çexiyanın ČTK xəbər agentliyi müdafiə naziri Yaromír Zunanın sözlərinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, nazir bildirib: “Çexiya ordusu üçün 3 min PUA-nın alınması məqsədilə beş dövlət müqaviləsi həyata keçirilir”.
NATO-nun 2025-ci il üzrə məlumatlarına əsasən, Çexiya alyans daxilində hərbi modernləşmə tempinə görə ən yüksək göstəricilərə malik ölkələrdən biridir. Nazirin sözlərinə görə, uzunmüddətli perspektivdə bu texnologiyalar hərbi münaqişələrdə canlı qüvvənin əhəmiyyətli dərəcədə əvəzlənməsinə səbəb ola bilər.
Zuna, həmçinin vurğulayıb ki, Çexiya böyük beynəlxalq münaqişələrdə iştirak etməyi planlaşdırmır. Bu yanaşma tamamilə müqaviləli hərbçilərdən ibarət olan milli ordunun mövcud strukturu ilə də uyğunluq təşkil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: