ABŞ Prezidenti: İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir
İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir.
Azturkxeber.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Arizona ştatının Finiks şəhərində TPUSA-nın mitinqində çıxışı zamanı deyib.
O bildirib ki, məsələlərin əksəriyyəti artıq danışıqlar yolu ilə razılaşdırılıb. “İran ABŞ-ın köməyi ilə bütün dəniz minalarını təmizləyib. Başa düşdüyünüz kimi, onlar heç vaxt nüvə silahına sahib olmayacaqlar”,- deyə Tramp əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: