azturkxeber.az
http://azturkxeber.az

Kapital Bank 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib

15-04-2026

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 31 mart 2026-cı il tarixinə 11,8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5,5 milyard manatdır.

31 mart 2026-cı il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 8,5 milyard manat təşkil edib. Bankın 31 mart 2026-cı il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1,2 milyard manat, adi və imtiyazlı səhmlər isə 256 milyon manatdır.

Bankın xalis mənfəəti isə ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfədən çox, yəni 119% arataraq 120 milyon manata çatıb.

Qeyd edək ki, Kapital Bank “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930