azturkxeber.az
http://azturkxeber.az

Misli Premyer Liqasında XXVI tura yekun vurulub

08-04-2026

Misli Premyer Liqasında XXVI tura yekun vurulub

Futbol üzrə Misli Premyer Liqasında XXVI tura yekun vurulub.

Son oyun günündə "Araz-Naxçıvan" "Sabah"ı qəbul edib. "Liv Bona Dea Arena"da keçirilən matç Bakı klubunun 4:2 hesablı qələbəsi ilə bitib.

Bu nəticədən sonra “Sabah" turnir cədvəlindəki xallarını 65-ə çatdıraraq liderliyini möhkəmlədib. “Araz-Naxçıvan" isə 39 xalla altıncı pillədədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Kəpəz"ə 2:0, "Neftçi" "Sumqayıt"a 3:1, "Qarabağ" "Karvan-Yevlax" 7:0 hesabı ilə qalib gəlib. “İmişli” – “Turan Tovuz”, “Zirə” - “Şamaxı” oyunlarında isə heç-heçə qeydə alınıb – 1:1.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930