“Həqiqətin gözü” – Antalyada Reza Deqatinin yarıməsrlik sənət yolunun təqdimatı




Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində noyabrın 4-də Antalya şəhərində dünyaşöhrətli fotoqraf soydaşımız Reza Deqatinin yarıməsrlik sənət fəaliyyətini əks etdirən “Həqiqətin gözü” adlı təqdimat keçirilib.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli və mədəniyyət elçilərimiz iştirak ediblər.
Sənətkar foto sənətinin əsas xüsusiyyətləri, informasiya müharibəsində vizual materialların rolu və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının əhəmiyyətindən danışıb.
Dünyanın 110-dan artıq ölkəsində çəkilişlər apardığını bildirən R.Deqati hər bir fotosunun mühüm bir hadisəni və vacib mesajı simvolizə etdiyini vurğulayıb.
Qeyd edib ki, dünyadakı müharibələrdən ən çox əziyyət çəkənlər əsasən uşaqlar və qadınlardır. Onun fotolarının qəhrəmanları da daha çox bu təbəqənin təmsilçiləridir.
Fotojurnalist Azərbaycan tarixinin hüznlü və qürurlu səhifələri olan 20 Yanvar qətliamı, I və II Qarabağ müharibələri, Xocalı soyqırımı ilə bağlı maraqlı xatirələrini bölüşüb, həmin hadisələri əks etdirən fotolar nümayiş olunub.
O, fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini "Dostluq" ordeni ilə təltif edildiyini məmnunluqla dilə gətirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: