azturkxeber.az
http://azturkxeber.az

“Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya laboratoriyasının I Məzun Günü keçirilib

31-10-2025

31 oktyabr 2025-ci il tarixində “ASAN xidmət”in “Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya proqramının I Məzun Günü keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Birol Akgün, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təbrik nitqi ilə çıxış ediblər.

“Bilim Azərbaycan” layihəsinin rəhbəri Ahmet Köse “Deneyap" texnologiya proqramına dair hesabatla çıxış edib və videoçarx nümayiş olunub. Bildirilib ki, 2022–2025-ci illər üzrə proqramın məzunları müxtəlif yarış və müsabiqələrdə uğurla çıxış edib, bir çox layihələrlə qalib və mükafatçı olublar.

Sonda proqramı uğurla başa vuran şagirdlərə məzun diplomları təqdim olunub.

Xatırladaq ki, “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən “Bilim Azərbaycan” layihəsi çərçivəsində fəaliyyət göstərir.

Layihə 2021-ci il sentyabrın 23-də Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) arasında imzalanmış Anlaşma Protokolu əsasında həyata keçirilir. Əsas hədəflər 6–14 yaşlı uşaqlarda elmə, texnologiyaya, sahibkarlığa və innovasiyaya marağı artırmaq, onlarda müasir bacarıqları formalaşdırmaqdır.

Bu çərçivədə yaradılan “Bilim Bakı” və “Bilim Quba” mərkəzlərində gələcəyin tələblərinə uyğun, layihə əsaslı təhsil verən “Deneyap" texnologiya proqramı reallaşdırılır. Proqram gündəlik həyat problemlərinin həllinə yönəlmiş, şagirdlərə yaradıcı düşüncə və innovativ bacarıqlar qazandıran kompleks tədris modelidir. Ümumtəhsil məktəblərinin 4–7-ci siniflərini bitirən şagirdlər iki mərhələli imtahan nəticəsində proqramda iştirak hüququ qazanırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031