BilBacar müsabiqəsində iştirak üçün məktəb qeydiyyatı başlayır

BilBacar müsabiqəsində iştirak etmək istəyən, ibtidai təhsil səviyyəsi üzrə tədrisi həyata keçirən bütün ümumi təhsil müəssisələri üçün qeydiyyat 3 noyabr 2025-ci il tarixindən başlayacaq.
Məktəblər qeydiyyatdan keçmək üçün aşağıdakı üsullardan birini seçə bilərlər:
· bilbacar.edu.az saytında “Məktəblər üçün müraciət” bölməsinə müvafiq məlumatları daxil etməklə;
· Tabe olduqları regional təhsil idarələrinə müraciət etməklə.
Qeydiyyat zamanı hər bir ümumi təhsil müəssisəsi BilBacar məktəb koordinatorunu təyin etməlidir. Məktəblərin qeydiyyatı başa çatdıqdan sonra şagird qeydiyyatı Təhsil İnstitutu tərəfindən aparılacaq və məlumatlar məktəblərə göndəriləcək.
Qeyd edək ki, BilBacar müsabiqəsi 2025–2026-cı tədris ilində 3 və 4-cü sinif şagirdləri arasında oxu bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təşkil ediləcəkdir. Tədris ili ərzində şagirdlər üçün 4 hazırlıq və 4 yarış mərhələsi nəzərdə tutulur. Hazırlıq mərhələləri şagirdlərin yarış tapşırıqlarına uyğun bacarıqlarını möhkəmləndirmək və yarışlara səmərəli şəkildə hazırlaşmalarını təmin etmək məqsədi daşıyır.
Müvafiq keçidə daxil olmaqla müsabiqə barədə daha ətraflı məlumat əldə edə bilərsiniz: https://bilbacar.edu.az/about
 Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: