azturkxeber.az
http://azturkxeber.az

Tacikistan parlament nümayəndə heyəti ilə görüşdə

30-10-2025

Oktyabrın 30-da Milli Məclisin deputatı, Tacikistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının Azərbaycanla dostluq və əməkdaşlıq qrupunun rəhbəri Azizzoda Qayratın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azturkxeber.az-ın məlumatına görə bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi xəbər verib.

Aydın Mirzəzadə konfransda iştiraklarına görə qonaqlara təşəkkürünü bildirərək Tacikistan və Azərbaycan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinin bu gün parlamentlərarası müstəvidə də uğurla davam etdirildiyini söyləyib.

Bildirilib ki, dövlət başçılarımızın mütəmadi rəsmi səfərləri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə xüsusi töhfə verir. Bu səfərlər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafına stimul yaradır və Azərbaycan-Tacikistan əlaqələrinin daha da genişlənməsinə imkan açır.

Görüşdə Azizzoda Qayrat Milli Məclisdə keçirilən tədbirin yüksək səviyyədə və səmərəli təşkil olunduğunu söyləyib. O, vurğulayıb ki, bu gün dövlətlərimiz arasında mədəniyyət, elm və iqtisadiyyat sahələrində yüksək səviyyəli və möhkəm münasibətlər mövcuddur.

Söhbət zamanı Tacikistanla parlamentlərarası işçi qrupunun üzvləri Xanlar Fətiyev və Azər Badamov çıxış edərək parlament diplomatiyasının dövlətlərarası əlaqələrin inkişafına öz töhfəsini verdiyini və bu dostluğun və əməkdaşlığın xalqlarımızı, ölkələrimizi bir-birinə daha da yaxınlaşdırdığını söyləyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031