azturkxeber.az
http://azturkxeber.az

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilmişdir

30-10-2025

Oktyabr ayının 29-da Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi konfrans keçirilmişdir.

Azturkxeber.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat xidmətindən məlumat verib.

Tədbirdə Akademiyanın rəhbərliyi, millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov, Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev, professor-müəllim heyəti və kursantlar iştirak etmişlər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Konstitusiya haqqında çıxışları barədə videoçarx təqdim olunmuşdur.

Çıxışlarda Konstitusiyanın yaranmasının tarixi və siyasi əhəmiyyətindən danışılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin ölkəmizin dövlətçiliyinin möhkəmləndirilməsi, hüquqi düşüncənin inkişafı və milli suverenliyin daha da gücləndirilməsi baxımından mühüm addım olduğu vurğulanmışdır.

Tədbirin sonunda mövzu ilə əlaqədar fikir mübadiləsi aparılmış, kursantların sualları cavablandırılmışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031