azturkxeber.az
http://azturkxeber.az

İctimai şura üzvləri Ədliyyə Nazirliyin struktur qurumlarında olublar

30-10-2025

Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ədliyyə orqanlarının fəaliyyəti ilə yaxından tanış olmaq və ictimai nəzarətin səmərəliliyini artırmaq məqsədilə Nazirliyin Notariat, Qeydiyyat və Reyestr baş idarəsində (NQRBİ) və Məhkəmə Ekspertizası Mərkəzində (MEM) olublar.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, NQRBİ-də keçirilən görüşdə baş idarənin rəisi Elşad Məmmədli qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O, notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyri-kommersiya qurumlarının qeydiyyatı və reyestrinin aparılması istiqamətlərində görülən işlərdən danışıb. Bildirib ki, göstərilən xidmətlərin keyfiyyətinin artırılması, rəqəmsallaşma və şəffaflığın təmin olunması məqsədilə innovativ həllərin tətbiqi davam etdirilir.

Daha sonra İctimai şura üzvləri MEM-də olublar. Mərkəzin rəisi Elşən Albəndov qonaqlara müəssisədə həyata keçirilən müxtəlif növ ekspertizalar, tətbiq olunan müasir texnoloji imkanlar və beynəlxalq təcrübəyə uyğun iş mexanizmləri barədə ətraflı məlumat verib. Görüş zamanı ekspertiza prosesi, istifadə olunan avadanlıqlar və elmi-metodik əsaslarla həyata keçirilən tədqiqat mərhələləri nümayiş etdirilib.

İctimai şura üzvləri hər iki qurumda şəffaflığın, innovasiyaların və vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib, fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031