azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri ilə görüşüb

29-10-2025

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda ilə görüşüb.

Fayzali İdizodanı Nümayəndələr Palatasının sədri seçilməsi münasibətilə təbrik edən spiker Sahibə Qafarova, Tacikistanın bu beynəlxalq konfransda yüksək səviyyədə iştirakına görə təşəkkür edib.

Görüşdə xalqlarımızı ortaq mədəni və mənəvi dəyərlərin birləşdirdiyi qeyd olunaraq, bu əlaqələrin daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Söhbət zamanı, Azərbaycan–Tacikistan arasında münasibətlərin qarşılıqlı anlaşma şəraitində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunaraq, bu münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçılarımızın xüsusi rolu vurğulanıb. Qeyd olunub ki, ölkə başçılarımızın dövlətlərimizin və xalqlarımızın rifahı naminə həyata keçirdikləri uğurlu siyasət, eləcə də xalqlarımızın tam dəstəyi nəticəsində Azərbaycan–Tacikistan əlaqələri bu gün uğurla inkişaf edir.

Tərəflər parlamentlərimiz arasında da əlaqələrin mövcud səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

Görüşdə Fayzali İdizoda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması münasibətilə təbriklərini çatdırıb. Milli Məclisin sədri Sahibə Qafarova Vaşinqtonda aparılan danışıqların və ümumilikdə normallaşma prosesinin region üçün əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031