azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurası sədrinin müavini ilə görüşüb

29-10-2025

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Assambleyası Respublika Şurası sədrinin müavini Vladislav Tatarinoviç ilə görüşüb.

Vladislav Tatarinoviçi Milli Assambleyanın Respublika Şurası sədrinin müavini seçilməsi münasibətilə təbrik edən spiker Sahibə Qafarova Belarus nümayəndə heyətinin bu beynəlxalq tədbirdə iştirakından məmnunluğunu bildirib.

Vladislav Tatarinoviç, Beynəlxalq Parlament Konfransının yüksək səviyyədə təşkili ilə əlaqədar təbriklərini ifadə edib. O, Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi ilə əlaqədar Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın təbrik məktubunu Milli Məclisin sədri Sahibə Qafarovaya təqdim edib və salamlarını çatdırıb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin qarşılıqlı etimada və dostluğa əsaslanaraq uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrin dərinləşməsində iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolu vurğulanıb.

Bildirilib ki, ölkələrimiz və xalqlarımız arasında yüksək səviyyəli əlaqələr parlamentlərimiz arasında da münasibətlərin inkişafına təkan verir.

Qeyd olunub ki, parlamentlərimiz arasında yüksək səviyyəli ikitərəfli münasibətlərlə yanaşı, qanunvericilik orqanlarımız beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər. O cümlədən, Azərbaycan Milli Məclisinin Asiya Parlament Assambleyasına sədrliyi dövründə Belarusun təşkilatda müşahidəçi statusu qazanması məmnunluqla qeyd edilib. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti təqdir olunub.

Milli Məclisin sədri onun da salamlarını Respublika Şurasının sədrinə və Nümayəndələr Palatasının sədri İqor Sergeyenkoya çatdırmağı xahiş edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031