azturkxeber.az
http://azturkxeber.az

FHN “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirib

29-10-2025

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Nizami Rayon Yanğından Mühafizə Hissəsində növbəti “açıq qapı günü” tədbiri keçirilib.

ADA Məktəbinin şagirdləri və müəllimləri üçün təşkil olunmuş “açıq qapı günü”nün keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafına, fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürən və xilasedicilərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

“Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürən və xilasedicilərin gündəlik rejim qaydaları və hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Bu çərçivədə, şərti yanğının “söndürülməsi” və “itmiş şəxsin” xüsusi təlim görmüş itin tətbiqi ilə tapılması əməliyyatları iştirakçıların marağına səbəb olub.

Bundan əlavə, tədbir iştirakçıları fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə də yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.

Maraqlı keçən tədbirdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031