azturkxeber.az
http://azturkxeber.az

Astarada polis əməliyyat keçirdi, narkokuryerdən 8 kiloqram marixuana aşkarlandı

29-10-2025

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, narkokuryerlikdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı Tapdıq Zeynalov rayonun Sım kəndi ərazisində saxlanılıb. Həmin şəxsin olduğu avtomobildən qaçaqmalçılıq yolu ilə xaricdə yaşayan narkotacirdən əldə etdiyi 8 kiloqram marixuana aşkarlanaraq götürülüb. T.Zeynalovun həmin narkotik vasitəni maddi qazanc qarşılığında paytaxt ərazisində deyiləcək ünvana çatdırmaq barədə sövdələşdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031