azturkxeber.az
http://azturkxeber.az

Regionlarda valideyn və müəllimlərin iştirakı ilə maarifləndirici görüşlər keçirilib

28-10-2025

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 20 oktyabr - 20 noyabr Uşaq Hüquqları Aylığı çərçivəsində Bakının Xəzər rayonu, Goranboy, Göygöl, Ağdam, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında maarifləndirici görüşlər keçirilib.

Rayon İcra Hakimiyyətləri yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının, rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun əməkdaşları, valideynlər və müəllimlərin iştirak etdiyi tədbirlərin keçirilməsində məqsəd ailə və məktəbdə uşaqlara yanaşma üsulları, yaranan problemlər, yol verilən səhvlər və aradan qaldırılması yollarının müzakirə edilməsidir.

Tədbirlərdə çıxış edənlər valideyn-uşaq-müəllim münasibətlərindən irəli gələn problemlər, onların aradan qaldırılması yolları barədə danışıblar. Görüşlərdə, həmçinin qeyd olunub ki, uşaqların təlim və tərbiyəsində yaş və fərdi xüsüsiyyətlərin nəzərə alınması, məktəb və ailə mühitinin balanslaşdırılmış, təhlükəsiz və dəstəkləyici olması vacibdir. İştirakçılar onları narahat edən məsələlərlə bağlı fikirlərini bildiriblər, valideyn, məktəb və uşaq üçbucağındakı münasibətlər sisteminin qarşılıqlı anlaşma və əməkdaşlıq formatında qurulmasının vacibliyini vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031