azturkxeber.az
http://azturkxeber.az

Almaniyada odlu silah ticarəti ilə məşğul olan şəbəkə ifşa edilib

28-10-2025

Almaniyada odlu silah ticarəti ilə məşğul olan şəbəkə ifşa edilib

Almaniyanın Şimali Reyn-Festvaliya əyalətinin Remşayd şəhərində keçirilən əməliyyat nəticəsində Avropanın ən təhlükəli silah qaçaqmalçılığı şəbəkələrindən biri ifşa olunub.

Şəhərin mərkəzindəki köşklərin birində siqaret və qəzetlə yanaşı, narkotik vasitə və odlu silahların satılması barədə polisə daxil olan məlumat əsasında əməliyyat keçirilib. Məxfi polis əməkdaşları köşkün sahibi Musa A. adlı şəxsdən revolver tipli tapança alaraq, onun silah ticarəti şəbəkəsi ilə əlaqəsini sübuta yetiriblər. Bundan sonra həmin şəxs həbs olunub və onunla əlaqədə şübhəli bilinən şəxslərin müəyyənləşdirilməsinə başlanılıb.

Əməliyyat tədbirlərinin davamında avtomobil ustasının evində axtarış aparılıb. Evdə yüzlərlə odlu silah, o cümlədən pulemyotlar, minaatanlar, partlayıcı maddələr və əl qumbaraları aşkarlanıb. Axtarış zamanı aşkarlanan gizli otaqda tüfənglər, tapançalar, pulemyotlar, yüzlərlə patron və digər vasitələr ələ keçirilib. Hadisə ilə bağlı üç nəfər barəsində silah və partlayıcı maddələrin qaçaqmalçılığı ittihamı üzrə araşdırma aparılır.

Bu əməliyyatın son illərdə Almaniyada iri silah alveri şəbəkəsinə qarşı ən uğurlu tədbirlərdən biri olduğu bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031