azturkxeber.az
http://azturkxeber.az

Ali təhsil müəssisələrində “Ağıllı şəhər, yaşıl gələcək: WUF 2026-a doğru” layihəsi çərçivəsində “Rebuild Karabakh” hakatonuna dair infosessiyalar keçirilib

28-10-2025

“Ağıllı şəhər, yaşıl gələcək: WUF 2026-a doğru” layihəsi çərçivəsində “Rebuild Karabakh” hakatonuna həsr olunmuş infosessiyalar ölkənin bir sıra ali təhsil müəssisələrində - Azərbaycan Texniki Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetində (UTECA) təşkil olunub.

İnfosessiyaların məqsədi tələbələri hakatonun mahiyyəti, məqsədləri və mərhələləri barədə məlumatlandırmaq, həmçinin gənclərin innovativ ideyalarını dəstəkləmək və onların texnoloji bacarıqlarının inkişafına şərait yaratmaq olub.

Tədbirlər zamanı layihənin əsas hədəfinin gənclərin yaradıcılıq potensialını və texnoloji biliklərini artırmaq, onların innovativ ideyalarını reallaşdırmaqla Qarabağın bərpasına və ağıllı şəhər konsepsiyalarının formalaşmasına töhfə vermək olduğu vurğulanıb.

Layihənin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirildiyi qeyd olunub. Hakatonun dayanıqlı inkişaf prinsiplərinə əsaslandığı, iştirakçılara həm bilik, həm də praktiki təcrübə qazanmaq imkanı yaratdığı diqqətə çatdırılıb.

İnfosessiyalarda tələbələrə hakatonun əsas istiqamətləri - ağıllı şəhər idarəçiliyi, yaşıl texnologiyalar, davamlı mobillik və digər sahələr, həmçinin mərhələləri -qeydiyyat, ilkin seçmə, mentor proqramı və təlim mərhələləri barədə ətraflı məlumat təqdim olunub.

Qaliblər üçün nəzərdə tutulan mentor dəstəyi, investorlara çıxış imkanı və WUF13-də iştirak şansı barədə də məlumat verilib. Sessiyalar çərçivəsində layihə ilə bağlı təqdimatlar nümayiş etdirilib.

Tədbirlər tələbələrin yüksək marağı ilə qarşılanıb. İştirakçılara hakatona qoşulma qaydaları, qeydiyyat prosesi və qiymətləndirmə meyarları barədə əlavə məlumatlar təqdim olunub.

Qeyd edək ki, infosessiyalarda ümumilikdə 600-dən çox gənc iştirak edib.

Hakatona qeydiyyat linki: https://forms.fillout.com/t/wzfNzA2HC4us






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031