azturkxeber.az
http://azturkxeber.az

Yarmarkada iştirak edən arıçıların təlim ehtiyacları müəyyənləşib

27-10-2025

Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin əməkdaşları tərəfindən Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin birgə təşkilatçılığı ilə baş tutan 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasında arıçılar arasında sorğu keçirilib.

Sorğunun əsas məqsədi arıçılıqla məşğul olan vətəndaşların təlim ehtiyaclarını müəyyənləşdirmək və bu sahədə daha məqsədyönlü maarifləndirici fəaliyyətlər planlaşdırmaq olub. Sorğu, yarmarkada iştirak edən 11 iqtisadi rayon üzrə qruplaşdırılmaqla, ümumilikdə 173 arıçı arasında keçirilib. Arıçılar fəaliyyət göstərdikləri bölgələrin xüsusiyyətlərinə uyğun olaraq gündəlik iş prosesində ehtiyac duyduqları dəstək sahələrini və gələcək təlimlərdə əhatə olunmasını istədikləri mövzularla bağlı fikirlərini bölüşüblər.

Toplanmış məlumatlara əsasən, növbəti ildə hər iqtisadi rayonun iqlim şəraiti və təsərrüfat xüsusiyyətləri nəzərə alınmaqla, bölgələrə uyğun ixtisaslaşmış arıçılıq təlimlərinin təşkili nəzərdə tutulur. Bu təlimlər arıçılıqla məşğul olan şəxslərin bilik və bacarıqlarının artırılması, eləcə də sektorun davamlı inkişafının təmin olunmasına xidmət edəcək. Təlim proqramlarında arıçılıq sektorunda mövcud vəziyyət, mövsümi qulluq işləri, arıların xəstəlikləri və zərərvericilərlə mübarizə üsulları, həmçinin təsərrüfatlarda profilaktik tədbirlərin təşkili kimi aktual mövzular əhatə olunacaq.

Qeyd edək ki, bu cür sorğular Aqrar Təlim Mərkəzinə fermer və sahibkarların ehtiyaclarına uyğun təlimlər planlamağa və onların bilik-bacarıqlarını daha səmərəli artırmağa kömək edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031