azturkxeber.az
http://azturkxeber.az

“Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsi elan olunur

27-10-2025

Azərbaycan musiqi mədəniyyətinin banisi, böyük bəstəkar, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı musiqi və incəsənət təhsili müəssisələrində çalışan təhsilverənlər arasında “Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsini elan edir.

Məqsəd:

Nazirliyin tabeliyindəki musiqi və incəsənət məktəb və mərkəzlərində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, eyni zamanda cəmiyyətdə təhsilverənin nüfuzunun artırılması.

Kimlər iştirak edə bilər?

Nazirliyin tabeliyində olan musiqi və incəsənət məktəb və mərkəzlərində əsas və ya əlavə iş yeri üzrə çalışan müəllimlər.

Müsabiqənin formatı:

İki mərhələdən ibarətdir:

Sənədlərin ekspertizası və ən yüksək bal toplayan namizədlərin seçilməsi

İxtisas üzrə 10–15 dəqiqəlik açıq dərsin videoyazısının təqdimatı və mütəxəssis qiymətləndirilməsi

Mükafatlar:

Cəmi 25 qalib seçiləcək:

— Klassik musiqi ifaçılığı – 9

— Milli musiqi ifaçılığı – 9

— Musiqişünaslıq – 2

— Xor dirijorluğu – 2

— Təsviri sənət – 2

— Xoreoqrafiya – 1

Hər bir mükafat qalibi 1 000 manat pul mükafatı və diplomla təltif ediləcək.

İştirak üçün əsas şərtlər:

— ən azı 3 il pedaqoji iş stajı

— yüksək nəzəri və praktiki hazırlıq

— şagirdlərin son 2 ildə əldə etdiyi uğurlar

— şəxsi yaradıcılıq və peşəkar nailiyyətlər

— ustad dərsləri və təlimlərdə çıxış və tədris fəaliyyəti

— mədəniyyət sahəsində ictimai fəallıq

— Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı üzvlüyü

Tələb olunan sənədlər:

— təqdimat məktubu

— tərcümeyi-hal

— xasiyyətnamə

— şəxsiyyət və təhsil sənədlərinin surətləri

— şagird və müəllimin nailiyyətlərini təsdiq edən sənədlər

— təlim və ustad dərslərində iştirakı təsdiq edən sənədlər

— ictimai fəallığı təsdiq edən materiallar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031