azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyev milli bayram münasibətilə Avstriyanın Federal Prezidentini təbrik edib

26-10-2025

Prezident İlham Əliyev milli bayram münasibətilə Avstriyanın Federal Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının milli bayramı münasibətilə Federal Prezident Aleksander Van der Belleni və Avstriya xalqını təbrik edib.

Təbrik məktubunda qeyd edilib:

“Hörmətli cənab Federal Prezident,

Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031