azturkxeber.az
http://azturkxeber.az

Bakı Dövlət Sirki 6 ölkədən sirk artistlərinin iştirakı ilə maraqlı proqram təqdim edir

25-10-2025

Bakı Dövlət Sirki ikiillik fasilədən sonra zəngin beynəlxalq proqramla qapılarını tamaşaçılarına açıb.

Oktyabrın 24-də Bakı Dövlət Sirkinin kollektivi, eləcə də Macarıstan, Qazaxıstan, Gürcüstan, Belarus, Efiopiya və Argentinadan gəlmiş tanınmış sirk artistlərinin iştirakı ilə hazırlanan maraqlı proqramın açılışı olub.

Proqram çərçivəsində tamaşaçılar nəfəs kəsən akrobatik nömrələrə, heyrətamiz illüziya şoularına və hər yaş qrupu üçün nəzərdə tutulmuş əyləncəli səhnələrə şahidlik ediblər.

Bakı Dövlət Sirki paytaxt sakinlərini və şəhərimizin qonaqlarını bu möhtəşəm şouya qoşulmağa dəvət edir.

Biletləri iticket.az saytından əldə edə bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031