azturkxeber.az
http://azturkxeber.az

Xəzər dənizində və daxili sularda balıq ehtiyatlarının qiymətləndirilməsi üzrə ekspedisiya yekunlaşıb

23-10-2025

2025-ci il 13–23 oktyabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı ilə Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə keçirilən ekspedisiya uğurla yekunlaşıb.

Ekspedisiya AMEA Zoologiya İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, eləcə də Türkiyə Respublikasından dəvət olunan mütəxəssislərin iştirakı ilə həyata keçirilib.

Ekspedisiya müddətində Xəzər dənizinin müxtəlif bölgələrində, həmçinin daxili su hövzələrində balıq və digər su bioresurslarının populyasiyası, biomüxtəlifliyi və ekoloji vəziyyəti ilə bağlı nümunələr toplanıb, ilkin elmi müşahidələr aparılıb.

Eyni zamanda, balıqların yem bazasının öyrənilməsi məqsədilə götürülmüş su nümunələri hazırda laboratoriya şəraitində təhlil olunur. Toplanmış nəticələr əvvəlki illərin göstəriciləri ilə müqayisə edildikdən sonra yekun hesabat hazırlanacaq. Hesabat əsasında 2026-cı il üçün balıq ov kvotalarının müəyyənləşdirilməsi və su bioresurslarının davamlı idarə olunması istiqamətində təkliflər hazırlanacaq.

Yekun hesabat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031