azturkxeber.az
http://azturkxeber.az

Sürücülərə və piyadalara çətinlik yaranan kəsişmədə yeni svetoforlar quraşdırılıb

23-10-2025

Sürücülərə və piyadalara çətinlik yaranan kəsişmədə yeni svetoforlar quraşdırılıb

Paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ilə Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin rahat hərəkətinin və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni svetoforlar quraşdırılaraq istifadəyə verilib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, mərkəzin apardığı monitorinqlərin nəticəsi olaraq quraşdırılan yeni svetoforlar sürücülər və piyadalar üçün yaranmış xaotik vəziyyəti aradan qaldırıb.

Bundan əlavə, rayonun Şah Abbas və Babək küçələrinin kəsişməsində də yeni svetoforlar quraşdırılaraq hərəkət iştirakçılarının istifadəsinə verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031