azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda “İnnovasiya üzrə Alt İşçi Qrupu"nun iclası keçirilib

23-10-2025

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial–iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “İnnovasiya üzrə Alt İşçi Qrupu"nun ilk iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbir zamanı 2027–2030-cu illərdə innovasiya sahəsində həyata keçirilməsi nəzərdə tutulan islahatlar, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qrup üzvləri innovasiya ekosisteminin gücləndirilməsi, startapların inkişafı, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və regionlarda innovativ fəaliyyətin stimullaşdırılması ilə bağlı təkliflər səsləndiriblər. İştirakçılar, həmçinin rəqəmsal transformasiya, süni intellekt və yüksək texnologiyalar üzrə milli potensialın artırılması istiqamətlərində görüləcək işləri müzakirə ediblər.

Qeyd edək ki, “İnnovasiya üzrə Alt İşçi Qrupu" Prezidentin müvafiq Sərəncamına əsasən 2027–2030-cu illər üçün Strategiyanın hazırlanması çərçivəsində yaradılıb və əsas məqsədi innovasiya sahəsində inkişaf prioritetlərini və strateji hədəfləri müəyyənləşdirmək və bu sahəyə dair təkliflər hazırlamaqdır.

İclasın sonunda qarşıdakı dövr üçün fəaliyyət planı və növbəti görüşlərin mövzuları üzrə razılıq əldə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031