FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirilib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.
Bakı və Sumqayıt qarnizonlarına məxsus rayon yanğından mühafizə hissələrinin (RYMH) yanğınsöndürmə növbələri arasında keçirilən baxış-müsabiqədə hər manqada 7 nəfər heyət olmaqla, ümumilikdə 27 manqadan 189 əməkdaş iştirak edib.
21 oktyabr 2025-ci il tarixində yekunlaşan müsabiqədə Binəqədi RYMH-nin II yanğınsöndürmə növbəsi 1-ci yeri, Səbail RYMH-nin I yanğınsöndürmə növbəsi 2-ci yeri, Qaradağ RYMH-nin I yanğınsöndürmə növbəsi isə 3-cü yeri tutub.
Müsabiqəyə DYMX-nin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin əməkdaşları hakimlik edib.
Sonda qaliblərə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət polkovnik-leytenantı Mircavad Seyidov və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tərəfindən diplom, kubok və qiymətli hədiyyələr təqdim edilib.