azturkxeber.az
http://azturkxeber.az

Daşkəsəndə Quşçu-Çovdar-Çaykənd avtomobil yolunda təmir işləri aparılır

23-10-2025

Daşkəsən rayonunda yerləşən, uzunluğu 24,9 kilometr olan Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun 10 kilometrlik hissəsində əsaslı təmir işləri aparılır.

Daşkəsən rayon İcra Hakimiyyətindən verilən məlumata görə, görülən işlər “31 saylı Yol İstismar” MMC və 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC tərəfindən həyata keçirilir.

Layihə çərçivəsində yolun bəzi hissələrində hərəkət zolaqları genişləndirilib, yağış və qrunt sularının yola zərər verməsinin qarşısını almaq məqsədilə müxtəlif diametrli suötürücü qurğular və beton kuvetlər quraşdırılıb. Yol yatağının gücləndirilməsi və yeni asfalt örtüyünün salınması ilə aparılan təmir işləri nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətinə şərait yaradacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031