azturkxeber.az
http://azturkxeber.az

Agentlik: Qırmızı Körpü Baytarlıq Nəzarəti Məntəqəsində ölkəyə idxal edilən heyvanlara klinik baxış keçirilir

23-10-2025

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax rayonunun Gürcüstanla sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində “Qırmızı Körpü” Baytarlıq Nəzarəti Məntəqəsində müvafiq tədbirlər davam etdirilir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Baytarlıq Nəzarəti Məntəqəsində ölkəyə idxal edilən heyvanlara klinik baxış keçirilir və termoskaner vasitəsilə termometriya aparılır. Xəstəlik şübhəsi olmayan heyvanlar dəhliz boyu hərəkət etdirilərək, yenidən yükləmə platformasına yönəldilir və avtomobilə yüklənərək yola salınır. Xəstəliyə şübhəli heyvanlar ümumi partiyadan ayrılaraq izolyatora yerləşdirilir, baytarlıq müfəttişləri tərəfindən müayinə, zərurət yaranarsa, müalicəsi davam etdirilir. Uyğunsuzluq aşkar edildiyi halda, heyvanların gömrük hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilir və heyvanlar geri qaytarılır.

Baytarlıq Nəzarəti Məntəqəsinin iş prinsipi barədə hazırlanmış videoçarxla linkdən tanış ola bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031