azturkxeber.az
http://azturkxeber.az

Serbiya ilə demoqrafiya sahəsində gələcək əməkdaşlıq müzakirə olunub

22-10-2025

Azərbaycan və Serbiyanın dövlət başçılarının siyasi iradəsi, səyləri nəticəsində iki ölkənin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və daim genişlənən bu əlaqələr sosial sahəni də əhatə edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Serbiyanın ailə rifahı və demoqrafiya naziri xanım Yelena Zariç Kovaceviçin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan və Serbiya arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını, ötən dövrdə ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edib.

Azərbaycanda son illər aparılan sosial islahatlar, DOST modeli, dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Bu islahatların uğurlarının beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi bildirilib. Həssas qruplardan olan şəxslərin və ailələrin sosial dəstək tədbirləri ilə əhatə olunması işləri diqqətə çatdırılıb.

Ölkəmizdə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs olunub, bu sahədə Serbiya ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün potensialın olduğu bildirilib.

Xanım Yelena Zariç Kovaceviç Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını ifadə edərək, ölkəsinin Azərbaycanla dost münasibətlərini vurğulayıb. O, iki nazirlik arasında əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıb.

Görüşdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiyanın Ailə Rifahı və Demoqrafiya Nazirliyi arasında demoqrafiya sahəsində gələcək əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması məsələləri müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031