azturkxeber.az
http://azturkxeber.az

İsraillə ailə, qadın və uşaq məsələləri sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

22-10-2025

22 oktyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, ölkələr arasında uzun illərə söykənən dostluq və əməkdaşlıq münasibətlərinə toxunub, bu görüşün ailə, qadın və uşaq məsələləri sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb. Həssas təbəqədən olan ailələrlə iş sahəsində Azərbaycanın keçdiyi yol və əldə etdiyi nailiyyətlərdən danışan sədr, bu təcrübəni bölüşməyə hazır olduğunu bildirib.

B. Muradova qeyd edib ki, ailə, qadın və uşaq rifahı sahəsində dövlət siyasətinin formalaşdırılması, əlaqələndirilməsi və həyata keçirilməsi üzrə əsas məsul qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. O, İsrail hökumətinin aidiyyəti qurumları ilə Komitə arasında formalaşmış əməkdaşlıq münasibətləri, eləcə də bu çərçivədə həyata keçirilən təcrübə mübadiləsindən söz açıb. Həmçinin İsraildə ailə siyasəti və sosial rifah sahəsində həyata keçirilən mühüm islahatların, bu istiqamətdə əldə olunan nailiyyətlərin Azərbaycanda da yüksək qiymətləndirildiyini bildirib.

Səfir Ronen Krausz İsraillə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, bu əməkdaşlığın müxtəlif istiqamətlər üzrə yeni imkanlar yaratdığını qeyd edib. O, ailə, qadın və uşaq məsələləri sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031