azturkxeber.az
http://azturkxeber.az

BDYPİ piyadaları növbəti dəfə qaydalara əməl etməyə çağırıb

22-10-2025

BDYPİ piyadaları növbəti dəfə qaydalara əməl etməyə çağırıb

Yollarda müşahidə olunan ən təhlükəli hallardan biri piyadaların yol hərəkəti qaydalarına laqeyd yanaşmasıdır. Bəzən insanlar yaxınlıqda yeraltı və ya yerüstü piyada keçidi olduğu halda, sədləri aşaraq və ya yolun hərəkət hissəsinə çıxaraq öz həyatlarını təhlükəyə atırlar. Bir anlıq tələskənlik, diqqətsizlik və ya səhlənkarlıq bir çox hallarda faciəvi nəticə ilə bitir. Aparılmış araşdırmalar göstərir ki, piyada vurulması ilə nəticələnən hadisələrin 90 faizdən çoxu məhz piyada keçidlərindən kənarda baş verir. Bu fakt bir daha göstərir ki, qaydalara əməl etmək sadəcə tövsiyə deyil, həyatın qorunması üçün zəruri şərtdir.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) piyadalara ünvanlanan növbəti müraciətində bildirilib.

Qeyd edilib ki, əgər piyadanın qayda pozuntusu törətməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verərsə və bu hadisə insanın xəsarət almasına və ya ölümünə səbəb olarsa, bu, artıq cinayət məsuliyyəti yaradır.

BDYPİ qarşıdan gələn payız-qış mövsümünü nəzərə alaraq bir daha piyadalara müraciət edərək, onlara

yolu yalnız piyada keçidlərindən keçməyi, görünmə məhdud olduğu şəraitdə və qaranlıq vaxtı diqqətli olmağı, parlaq geyimlər geyinməyi, yaxınlaşan avtomobillərin səsini eşitmək üçün qulaqlıqdan istifadə etməməyi tövsiyə edib.

“Unutmayın, qaydalara əməl etmək sizin və ətrafınızdakı insanların həyatının təminatıdır”,- deyə müraciətdə vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031