azturkxeber.az
http://azturkxeber.az

“AzerGold” QSC və Abu Dabi Ticarət Bankının nümayəndələri arasında görüş keçirilib

22-10-2025

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Abu Dabi Ticarət Bankının (Abu Dhabi Commercial Bank – ADCB) nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı Zakir İbrahimov qonaqlara “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyət istiqamətləri, son illərdə əldə olunan əsas nailiyyətlər və qarşıya qoyulan strateji hədəflər barədə ətraflı məlumat verib. O, Cəmiyyət tərəfindən dağ-mədən sənayesinin inkişafı, ətraf mühitin mühafizəsi, sosial layihələrin icrası, yüksək ekoloji standartlara cavab verən innovativ texnologiyaların tətbiqi, dayanıqlı inkişaf prinsiplərinin təşviqi və sektorun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs edib.

Öz növbəsində Abu Dabi Ticarət Bankının nümayəndələri “AzerGold” QSC-nin Azərbaycanın qeyri-neft sektorundakı aparıcı mövqeyini, eləcə də geoloji kəşfiyyat və mədən layihələrinin icrası sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndiriblər. Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanlarının araşdırılması və gələcəkdə birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031