azturkxeber.az
http://azturkxeber.az

“Space TV” kanalına xəbərdarlıq edilib

21-10-2025

21 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda 2025-ci il oktyabrın 8-də, saat 22.06-23.09 arası "Space TV" kanalının efirində yayımlanan "Banu" proqramında bölgələrin birində keçirilmiş qohum evliliyinə dair toy şənliyinin nümayişi müzakirə olunub.

Müzakirələr zamanı proqramın həmin buraxılışı ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, ailə rifahının və sosial dəyərlərin qorunması istiqamətində aparılan hüquqi islahatların mühüm nəticələrindən biri kimi 01 iyul 2025-ci il tarixindən qüvvəyə minmiş "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə" edilmiş qohumlar arasında evliliyin qadağan olunması ilə bağlı müvafiq dəyişikliklliklər prizmasından qiymətləndirilib. Hazırda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə görə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir.

Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən yaxın qohumlar arasında baş tutan toy məclisinin "Space TV" kanalında nümayişi faktı müəyyən olunub. Daha sonra məsələnin ətraflı araşdırılması məqsədilə kanala sorğu ünvanlanıb. Sorğuya verilən rəsmi cavaba əsasən süjetdə göstərilən toy şənliyi qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsindən xeyli əvvəl (rəsmi nikah 06 mart 2025-ci il tarixdə qeydə alınmışdır) baş tutub. Lakin bir neçə ay əvvəl lentə alınmış toy şənliyi televiziya kanalının mütəxəssislərinin texniki nöqsanı səbəbindən efirə oktyabr ayında verilib.

İclas zamanı məsələ diqqətlə müzakirə edilib və proqramın 08 oktyabr 2025-ci il tarixli buraxılışında yuxarıda qeyd olunan yeni qanunvericilik tələblərinin pozuntusunun baş verdiyi qənaətinə gəlinib, bu hal redaksiya nəzarətinin qeyri-qənaətbəxş olmasının təzahürü hesab edilib. Sonda, yayımçıya göndərilmiş sorğuya cavabda pozuntunun etiraf edilməsi və nöqsan buraxmış əməkdaşla bağlı zəruri tədbirlərin görülməsi nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "Space TV" kanalına yalnız xəbərdarlıq edilməsi barədə razılığa gəlinib.

Audiovizual Şura bütün yayımçılardan proqramlarda qanunvericiliyin tələblərinə riayət olunmasını tələb edir, monitorinq və nəzarət tədbirlərinin davam edəcəyini bildirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031