azturkxeber.az
http://azturkxeber.az

Parlamentlərarası İttifaqın Assambleyasında humanitar normaların qorunması mövzusunda müzakirələr aparılıb

21-10-2025

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında iştirak etmək üçün Cenevrə şəhərində işgüzar səfərdədir. Azərbaycan Parlamentinin sədri Assambleyanın bu gün davam edən müzakirələrinə sədrlik edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, müzakirələrdə Avstraliya, Kolumbiya, Mozambik, Serbiya, Liviya, Finlandiya, Macarıstan, İspaniya, Türkiyə, Uruqvay, Belçika və digər ölkələrin parlament təmsilçiləri çıxış edib, fikirlərini bölüşüblər.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova Assambleyanın “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda keçirilən ilk gün müzakirələrində çıxış edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031