azturkxeber.az
http://azturkxeber.az

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

21-10-2025

Oktyabrın 21-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.

İclası açan komitə sədri Əli Hüseynli bildirib ki, gündəliyə 8 məsələ daxil edilib. Məlumat verilib ki, gündəliyin ilk 5 məsələsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ali Məhkəməyə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi və vəzifələrinin dəyişdirilməsi ilə bağlı təqdimatlardan ibarətdir.

Daha sonra Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurov Şura tərəfindən son dövrlərdə görülən işlər, eləcə də məhkəmə-hüquq sistemində həyata keçirilən genişmiqyaslı islahatlar barədə məlumat verib. O, bu il Məhkəmə-Hüquq Şurasında Hakimlərin I Forumunun, Şuranın 20 illik yubileyinə həsr olunmuş tədbirin və digər mühüm görüşlərin keçirildiyini qeyd edib.

Bildirilib ki, namizədlikləri irəli sürülmüş hakimlərin peşəkarlığı və iş təcrübəsi nəzərə alınaraq, ümumilikdə 11 hakimlə bağlı məsələlər müzakirəyə təqdim olunub. Onlardan 2 nəfərin Azərbaycan Respublikası Ali Məhkəməsinə, 5 nəfərin Bakı Apellyasiya Məhkəməsinə, 2 nəfərin Gəncə Apellyasiya Məhkəməsinə təyinatı nəzərdə tutulub. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakimlərinin iş yerlərinin dəyişdirilməsi müzakirəyə təqdim olunan sənəddə öz əksini tapıb.

Sonra komitə sədri ikinci oxunuşda olan gündəliyin növbəti 3 məsələsini - “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında”, “Dövlət qulluğu haqqında” və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, üzvləri Bəhruz Məhərrəmov, Azay Quliyev və Erkin Qədirli çıxış edərək təqdim olunan qanun layihələri ilə bağlı fikirlərini bölüşüblər, təklif və qeydlərini səsləndiriblər.

Onlayn iclasın sonunda təqdim edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitənin sədr müavini Elşən Musayev, üzvləri Sabir Hacıyev, Mübariz Qurbanlı, Nurlan Həsənov, Fəzail İbrahimli , Nizami Səfərov, Kamal Cəfərov və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031