azturkxeber.az
http://azturkxeber.az

“Cəmiyyətdə qadınların rolunun artırılmasında bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” üzrə təlim keçirilib

21-10-2025

20 oktyabr 2025-ci il tarixində “Cəmiyyətdə qadınların rolunun artırılmasında bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” üzrə təlim keçirilib.

Təlim “Azərbaycan və Türkiyə Hökumətləri arasında imzalanmış ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”na əsasən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil olunub. Təlimin məqsədi qadınların səlahiyyətləndirilməsi ilə bağlı iki ölkə arasında qabaqcıl təcrübələrin mübadiləsinin təşkil edilməsidir.

Türkiyədən dəvət edilmiş ailə və sosial xidmətlər üzrə ekspert Akın Yumuş tərəfindən keçirilən təlimdə 50 regionu təmsil edən bələdiyyə sədrləri iştirak edib.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, 2023-2025-ci illəri əhatə edən Fəaliyyət Planı bərabərlik və qarşılıqlı fayda əsasında tərəflərin ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində əməkdaşlığının daimi inkişafını təmin etməyi hədəfləyir.

Azərbaycan ilə Türkiyə arasında ailə, qadın və uşaq siyasəti sahəsində uzunmüddətli, səmərəli əməkdaşlığın həyata keçirilməsi iki ölkə arasında təcrübə mübadiləsinin davamlı xarakter daşıdığını göstərir.

Bələdiyyələrdə yaradılan Gender Komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsinin vacibliyini bildirən sədr müavini, bu komissiyaların xüsusilə də risk qrupuna daxil olan ailələrin müəyyən edilməsində vacib rol oynadığını əlavə edib. Dövlət Komitəsi tərəfindən bu istiqamətdə mütəmadi olaraq həyata keçirilən maarifləndirici təlimlərin əhəmiyyətindən bəhs edib.

O, məişət zorakılığı, boşanma hallarının artması və ailədaxili münasibətlərdə yaranan ziddiyyətlərə də toxunaraq bildirib ki, belə problemlərin qarşısının alınması üçün həm maarifləndirmə, həm də preventiv tədbirlərin gücləndirilməsində bələdiyyələrin rolu vacibdir.

Daha sonra təlimçi qismində iştirak edən ailə və sosial xidmətlər üzrə ekspert Akın Yumuş mövzu üzrə təqdimatla çıxış edərək, müvafiq sahədə Türkiyə təcrübəsini bölüşüb. O, Türkiyə Respublikasında qadın iştirakçılığına dair statistik göstəriciləri diqqətə çatdırıb. Qeyd edib ki, dövlət və bələdiyyə strukturları qadın və kişilər arasında yaranan fərqlərin sosial və institusional səbəblərini aradan qaldırmaq məqsədilə məqsədyönlü siyasətlər həyata keçirməlidirlər.

Təlim müzakirələrlə davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031