azturkxeber.az
http://azturkxeber.az

“Birlik – 2025” birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

21-10-2025

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə Səmərqənd vilayətində təşkil olunan “Birlik – 2025” birgə regional təliminin oktyabrın 21-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Özbəkistanın müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedov, eləcə də iştirakçı ölkələrdən olan yüksəksəviyyəli qonaqlar iştirak ediblər.

Regional təlimin tapşırıqları və mərhələləri barədə qonaqlara məlumat verildikdən sonra təlim poliqonunda müxtəlif epizodlar praktiki yerinə yetirilib.

Yüksəksəviyyəli qonaqlar birgə komanda məntəqəsinin iş prosesi ilə tanış olublar.

Daha sonra Özbəkistanın Müdafiə Nazirliyi nəzdində Müdafiə Sənayesi agentliklərinin istehsalı olan silah və hərbi texnika nümunələrindən ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan və Özbəkistan müdafiə nazirləri, eləcə də digər yüksəksəviyyəli qonaqlar “Birlik – 2025” birgə regional təliminin bağlanış mərasimində iştirak ediblər.

General-polkovnik Z.Həsənov tədbirdə çıxış edərək təlimin yüksək səviyyədə təşkilinə görə özbəkistanlı həmkarına təşəkkürünü bildirib, iştirakçıları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

“Birlik – 2025” birgə regional təliminin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.

Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031