azturkxeber.az
http://azturkxeber.az

Bakı Dövlət Universitetinin magistratura pilləsi üzrə təhsil alan tələbələri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub

21-10-2025

Oktyabrın 20-də Bakı Dövlət Universitetinin Magistratura təhsil pilləsinin “Transmilli cinayət hüququ "ixtisaslaşması üzrə “Transmilli cinayət-axtarış hüququ” fənni və “Cinayət hüququ və kriminologiya”ixtisaslaşması üzrə “Cinayətlərin tövsifinin nəzəri əsasları” fənni üzrə I kurs tələbələri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olublar.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks hüquqi və institusional tədbirlər, o cümlədən korrupsiya cinayətlərinin qarşısının alınması, profilaktik və maarifləndirici fəaliyyətlərin təşkili, ictimai nəzarət mexanizmlərinin tətbiqi, vətəndaşların hüquqi şüurunun artırılması istiqamətində görülən işlər barədə tələbələrə ətraflı məlumat verib.

İdarə rəisi, eyni zamanda Baş İdarənin əməliyyat-axtarış fəaliyyəti, onun hüquqi əsasları və praktik tətbiq mexanizmləri barədə danışıb.

Bildirilib ki, Baş İdarənin əməliyyat-axtarış fəaliyyəti korrupsiya xarakterli hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və istintaq üçün sübutların toplanması məqsədilə həyata keçirilir. Əməliyyat-axtarış fəaliyyəti zamanı konstitusion prinsiplərə əməl edilməsi və qanunçuluğun qorunması idarənin fəaliyyətində əsas prioritetlərdəndir.

Sonda tələbələrin sualları cavablandırılıb, onlara praktiki məsələlərlə bağlı geniş məlumat verilib və hüquq mühafizə orqanlarında işləmək perspektivləri barədə fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031