azturkxeber.az
http://azturkxeber.az

Andrey Drozden: Azərbaycanda yetişdirilən sitrus məhsulları dünya bazarında dadına və keyfiyyətinə görə ilk üçlükdədir

21-10-2025

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “azexport.az” portalının təşkilatçılığı ilə Belarus Respublikasının topdansatış şəbəkəsinin nümayəndələri Azərbaycana səfər ediblər.

Mərkəzdən bildirilib ki, səfər çərçivəsində Lənkəran, Astara, Göyçay və Hacıqabul rayonlarında yerli sahibkarlarla görüşlər keçirilib, məhsulların yetişdirildiyi bağlarda və saxlama kameralarında yaradılan müasir imkanlar barədə əyani təqdimatlar olub.

Belarusun topdansatış şəbəkəsinin direktoru Andrey Drozden bildirib ki, rəhbərlik etdiyi şirkət İspaniya, Türkiyə, Misir, Özbəkistan kimi ölkələrdən məhsul idxal edir. Azərbaycanda qurulan bağlar və məhsulların keyfiyyəti isə ziyarətçilərin xüsusi marağına səbəb olub.

“Xüsusilə sitrus məhsulları və xurma çox dadlı və keyfiyyətlidir. Hesab edirəm ki, Azərbaycanda yetişdirilən sitrus məhsulları dünya bazarında olan məhsullar sırasında dadına və keyfiyyətinə görə ilk üçlükdə yer alır. “Azexport” portalının dəstəyi ilə baş tutan bu səfər və imzalanan müqavilələr hələ başlanğıcdır. Biz artıq növbəti həftələrdə qənnadı və konservləşdirilmiş məhsulların istehsalı ilə tanış olmaq və sifarişləri təyin etmək üçün səfərləri planlamağa başlamışıq”,- deyə A. Drozden əlavə edib.

“Azexport” portalı indiyədək “Gələn Alıcı Missiyası” (İncoming Buyer Mission) proqramı çərçivəsində ABŞ, Türkiyə, Rusiya, Kanada və Avropa İttifaqı ölkələrindən şirkət nümayəndələrini yerli sahibkarlar və infrasturkturla tanış edib və Azərbaycan məhsullarının bu ölkələrdə tanıdılmasını dəstəkləyib. Görüşlərdə iştirak etmək istəyən şirkətlər portala müraciət edə bilərlər. Görüşlərin təşkili və portal tərəfindən təqdim olunan xidmətlərə dair xidmət haqqı və ya komissiya nəzərdə tutulmur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031