azturkxeber.az
http://azturkxeber.az

Gürcüstan Azərbaycan sərhədinədək yeni avtomobil yolu inşa edəcək

19-10-2025

Gürcüstanda Tbilisi–Rustavi beynəlxalq avtomagistralının Tbilisi–Qırmızı körpü yolunun Azərbaycan sərhədinədək ikinci hissəsinin tikintisi üçün tender elan edilib. Bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişafı Fondu məlumat verib.

Layihə çərçivəsində Poniçala kəndi ərazisində 3,6 kilometr uzunluğunda yolun və Kür çayı üzərindən keçən 211 və 170 metr uzunluğunda iki yeni körpünün tikintisi nəzərdə tutulur. Həmçinin sahilboyu istirahət zonaları və işıqforlarla təchiz olunmuş təhlükəsiz piyada keçidləri də qurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031