azturkxeber.az
http://azturkxeber.az

Hərbi qulluqçularımız “Yanğınla mübarizə” ixtisasartırma kursunda iştirak ediblər

18-10-2025

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin bir qrup zabit və miçman heyəti Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Foça limanının Saruca Paşa Təlim Komandanlığında təşkil olunan “Yanğınla mübarizə” ixtisasartırma kursunda iştirak edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, yanğın təhlükəsizliyi sahəsində nəzəri biliklərini və praktiki vərdişlərini artıran hərbi qulluqçularımız yanğınların yaranma səbəbləri, yayılma mexanizmləri, profilaktik tədbirlər və effektiv söndürülmə strategiyaları üzrə müasir yanaşmaları mənimsəyib, müxtəlif növ yanğınların idarə olunması və söndürülməsi proseslərini yerinə yetiriblər.

Real şəraitdə tətbiq olunan operativ müdaxilə metodları, təhlükəsizlik protokolları və texniki vasitələrin istifadəsi üzrə bacarıqlarını təkmilləşdirən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031