azturkxeber.az
http://azturkxeber.az

Şair-publisist İsgəndər Səklikovun yaradıcılığına həsr olunmuş tədbir keçirilib

18-10-2025

Azərbaycan Yazıçılar Birliyində Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, şair-publisist İsgəndər Səklikovun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, ədəbi-tənqidçi, esseist, şair Əsəd Cahangir İsgəndər Səklikovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib. O, yubilyarın “Arı kəşfi” kitabındakı təmsilləri və “İnsan zaman heykəlidir” kitabındakı lirik şeirləri səsləndirərək onların məzmunu üzərində geniş təhlillər aparıb.

Əsəd Cahangir, həmçinin müəllifi olduğu və Elm və Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiqlənmiş “Şagird üçün qısa izahlı kimya lüğəti”, “Şagird üçün qısa izahlı biologiya lüğəti”, “Heyvanlar aləmi və onların insan həyatında rolu” kitabları, eləcə də “Pedaqoji terminlər” lüğətinin pedaqoji mühitdə əhəmiyyətindən bəhs edib.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin müşaviri Rauf Aslanov, tədbirin təşkilatçıları yazıçı-publisist Vəsimə İsmayılqızı və Vüqar Səklikov, qəzəlxan, xanəndə Ağakərim Nafiz, bəstəkar, tarzən Şahin Qarayev, Azərbaycan Dillər Universitetinin dosenti, tərcüməçi Yusif Savalan, AMEA Tarix İnstitutunun dosenti Müzəffər Hüseynov və şairin ailə üzvləri, dostları çıxış edərək yubilyarın yaradıcılığının müxtəlif məqamlarından söz açıblar. Onlar İsgəndər Səklikovun ədəbi və pedaqoji fəaliyyətini təhlil edib, onun elmi-pedaqoji işlərdə və milli-mənəvi dəyərlərin qorunub təbliğində rolunu vurğulayıblar.

Sonda İsgəndər Səklikov çıxış edərək gələcək yaradıcılıq planları haqqında məlumat verib, onun yaradıcılığına göstərilən diqqət və dəyərə görə Azərbaycan Yazıçılar Birliyinə, eləcə də tədbirin təşkilatçılarına səmimi təşəkkürünü bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031