azturkxeber.az
http://azturkxeber.az

Vaşinqtonda Dünya Bankı və BVF Toplantıları Çərçivəsində Çin Xalq Bankının Sədri Pan Qonşenqlə İkitərəfli Əməkdaşlığın Genişləndirilməsi Müzakirə Olundu

16-10-2025

ABŞ-nin Vaşinqton şəhərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşdük.

Görüşdə ikitərəfli əlaqələrinin cari vəziyyətindən məmnunluq ifadə etdik və ötən ay imzalanmış Anlaşma Memorandumunun qurumlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyi ilə bağlı əminliyimizi vurğuladıq.

Görüşdə həmçinin hər iki ölkənin mərkəzi bankları və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsi, maliyyə texnologiyaları, innovasiyalar və ödəniş sistemləri sahəsində təcrübə və məlumat mübadilələrinin keçirilməsi, həmçinin birgə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə töhfə verəcək fəaliyyətlərin əhəmiyyətindən danışdıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031