Masallıda DİN və Penitensiar xidmətin birgə əməliyyatı
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən Masallı rayonu ərazisində dəmir yolunun yanında basdırılaraq gizlədilmiş 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.